CƏMİYYƏT

«Onlar kişi olsaydı, gəlib üz-üzə söhbət edərdilər» — Naz Azərbaycan kişilərindən DANIŞDI

Türkiyədə qatıldığı evlilik verilişi ilə məşhurlaşan Naz Mila son günlər mətbuatda azərbaycanlı kişilər haqqında səsləndirilən fikirlərə münasibət bildirib.

GoldNews.az-a danışan model azərbaycanlı kişilərin kobud olsalar da, çox qeyrətli olduğunu bildirib.

«Mən Pərvini tanımıram. 5 ildir Türkiyədə yaşayıram. Düzdür, türk kişilər çox incə davranırlar, romantikdirlər, amma azərbaycanlı kişilər əsl kişi kimi kişidirlər. Yəni çox incə detallara baxsaq, bizim kişilər qeyrətlidir. Azərbaycanlı kişilərdə qadınlara qarşı bir az kobudluq var. Amma illər əvvələ nəzər salsaq, bir az düzəliblər. Bir də, kişidən kişiyə fərq var. Mənə rəy yazanlar kişiciklərdi. İş-güclərini atıb, xəbər portallarında kişilikdən dəm vururlar. Mənə söyüş yazanlar kişi olsaydı, İnstagramda bir qadına qarşı səviyyəsizlik etməz, gəlib üz-üzə söhbət edərdilər».

Qeyd edək ki, bir müddət əvvəl aktrisa Pərvin Abıyevanın azərbaycanlı kişiləri kobud və köhnə fikirli, türkləri isə romantik adlandırması birmənalı qarşılanmayıb.

Paylaş:
Загрузка...