CƏMİYYƏT

Partlayışa görə təxliyə olunanlar daimi yaşayış yerlərinə qaytarılıb

Bu gün səhər saatlarında Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinin utilləşmə üçün hazırlanmış silah–sursat anbarında yanğınla müşayiət olunan partlayışlar səbəbindən yaxın ərazilərdən təxliyə olunmuş kənd sakinləri artıq daimi yaşayış yerlərinə qaytarılıblar.

Bu barədə Müdafiə, Fövqəladə Hallar nazirliklərinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin hadisə ilə bağlı AZƏRTAC-a daxil olan əlavə məlumatında bildirilir.

Xatırladaq ki, silah anbarında yanğın nəticəsində partlayış baş vermiş əraziyə yaxın Giləzi, Sitalçay və digər yaşayış məntəqələrindəki əhali təxliyə olunmuşdu.

Paylaş:
Загрузка...