CƏMİYYƏT

Pekan qozunun faydaları

Quru meyvələrin faydaları hamıya məlumdur. Bu qrupda yer alan, ölkəmizdə nisbətən az rastlanan və az istifadə edilən quru meyvələrdən olan pekan qozu insan orqanizminə daha çox müsbət təsiri ilə seçilir.

Qaynarinfo xəbər verir ki, pekan qozu qoz və fındıqdan daha faydalı hesab edilir.

1. Pekan qozu antioksidantlarla ən zəngin 15 qida arasındadır.

2. Bu qida beyin və ürək-damar sistemini xəstəliklərdən qoruyur.

3. Xərçəng hüceyrələrinin yaranmasının qarşısını alan maddələr pekan qozunun tərkibində bol-bol mövcuddur.

4. Pekan qozu ALS xəstəliyinin qarşısını alır. Qeyd edək ki, ALS beyindən əzələlərə impulsları keçirən neyronların məhv olması prosesinə verilən addır. Bu xəstəliyə düçar olan şəxslərin sinir sistemi hüceyrələri məhv olur və onlar fiziki aktları icra edə bilmirlər.

Paylaş:
Загрузка...