CƏMİYYƏT

Polis 22 yaşlı qadını axtarır – FOTO + YENİLƏNİB

Şəki sakini Amənti Əlimərdanova noyabrın 1-də polis şöbəsinə gəlini Günəş Əlimərdanovanın itkin düşməsi ilə bağlı müraciət edib.

Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, sonradan məlum olub ki, iki uşaq anası olan gəlin gecə saatlarında evi tərk edib. Bunu həyat yoldaşı Nəsir Əlimərdanov ağlayan uşağın səsinə oyananda bilib. Kənddə öz traktoru ilə təsərrüfat işləri görüb ailəsini dolandıran Nəsir həm gəlinin, həm də özünün valideynlərinə xəbər verərək bildirib ki, həyat yoldaşı Günəş uşaqları evdə qoyaraq qaçıb.

O, ərinin cibindən 20 manat pul və sənədlərini götürərək evi tərk edib. Ailə üzvülərinin sözlərinə görə, ailədə tez-tez söz-söhbət olub və gəlin əvvəllər də bir necə dəfə evdən gedib. Hər dəfə də atasigildə 2-3 ay qalıb. Bu dəfə gəlindən heç kimin xəbəri olmadığı üçün onun valideynləri də təşvişə düşüblər.

İndi onun 4 yaşlı qızı Gülay və yaş yarımlıq olan oğlu Tunara oğlanın valideynləri baxır.

11:41

Şəkidə qadın itkin düşüb.

DİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, noyabrın 1-də Şəki şəhər sakini Amənti Əlimərdanova Şəki şəhər-rayon Polis Şöbəsinə gəlini, 1995-ci il təvəllüdlü Günəş Əlimərdanovanın itkin düşməsi ilə bağlı ərizə ilə müraciət edib.

O, ərizəsində gəlininin oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə yaşadığı evdən çıxaraq naməlum istiqamətdə getdiyini və bir daha geri qayıtmadığını bildirib.

Günəş Əlimərdanova Şəki rayonunun Öryət kənd sakinidir. Onu görənlərdən Şəki PŞ-yə (tel:  02424-4-25-50) müraciət etmələri xahiş olunur.

Paylaş:
Загрузка...