CƏMİYYƏT

Polis zabitimiz dünya mediasına manşet oldu

Astarada sel xəbərdarlığına məhəl qoymayan 60 ailə təhlükə ilə üzləşib.

Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC-nin nümayəndələri Astarada sel və daşqınların yaratdığı fəsadlarla bağlı rayona səfər edib, vəziyyətlə tanış olublar.

Bu barədə Astara Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, rayon rəhbərliyi ilə görüşdə Astara çayının sahili boyunca 1200 metr məsafədə sahilbərkitmə işlərinə ehtiyac olduğu müzakirə olunub: “Bir neçə gün ərzində intensiv yağışların yağması nəticəsində Astara və Pensər çaylarında suyun səviyyəsi bir neçə metr qalxaraq ətraf əraziləri su altında qoyub. Əsasən Suparibağ Ərazi Nümayəndəliyinə aid olan Rüdəkəran, Qapıçıməhəllə, Məscidməhəllə və bir sərhəd zastavasının ərazisi bütünlüklə subasmaya məruz qalıb. Bundan əlavə, dənizdə qabarma olduğundan yağıntı sularını dənizə ötürməli olan kollektorlarda da daşqınlar baş verib. Şəhərin Qum küçəsi və ətraf ərazilərin sakinləri üçün ciddi problemlər yaranıb. Baş verə biləcək fəlakətin qarşısının alınması məqsədi ilə vəziyyət dəyərləndirilərək əhaliyə bir neçə saat əvvəl evlərindən çıxmaları və mal-heyvanlarını daha təhlükəsiz yerlərə aparmaları üçün məlumat verilib. Lakin, sakinlər bu xəbərdarlığı ciddi qəbul etməyiblər. Nəticədə 60-a yaxın ailə təhlükə ilə üz-üzə qalıb. Qayıqlardan istifadə etməklə və xüsusilə də Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının ciddi səyləri nəticəsində evlərində köməksiz halda qalmış sakinlər təxliyyə olunublar”.

Hazırda hava şəraiti yağıntısız olduğundan sel suları təbii halda çəkilir. Nisbətən çökək ərazilərdə isə generatorların və su nasoslarının köməyindən istifadə olunur.

Qeyd edək ki, indi təqdim edəcəyimiz fotolar gün ərzində dünyanın bir sıra xəbər saytlarında və televiziyalarında nümayiş etdirilib.(Report.az)

Paylaş:
Загрузка...