CƏMİYYƏT

Prezident ADU ilə bağlı sərəncam verdi

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Dillər Universitetinin (ADU) yenidən təşkili haqqında sərəncam imzalayıb.

Oxu.Az-ın məlumatına görə, Azərbaycan Dillər Universiteti Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dillər Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilib.

Nazirlər Kabinetinə publik hüquqi şəxsin nizamnaməsinin layihəsini və təsisçisinin səlahiyyətlərini həyata keçirənlər barəsində təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.

Publik hüquqi şəxs “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, Azərbaycan Dillər Universiteti öz fəaliyyətini davam etdirəcək.

Paylaş:
Загрузка...