CƏMİYYƏT Xüsusi

Prezident bu rayonun icra başçısını dəyişdirdi — SƏRƏNCAM

Prezident İlham Əliyev Yaşar Məmmədovu Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

Panorama.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı bu gün bu barədə sərəncam imzalayıb. İlham Əliyevin imzaladığı digər sərəncamla Ziyəddin İsmayıl oğlu Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Z.Əliyev “Azəravtoyol” ASC-də işləyib. Prezident bu ilin fevral ayında onu «Əməkdar mühəndis» fəxri adı ilə təltif edib.

Paylaş:
Загрузка...