CƏMİYYƏT Xüsusi

Prezident iki naziri işdən azad etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fazil Məmmədovun Azərbaycan Respublikasının vergilər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı.

Panorama.Az bildirir ki, sərəncamda deyilir:

«Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fazil Əsəd oğlu Məmmədov Azərbaycan Respublikasının vergilər naziri vəzifəsindən azad edilsin».

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mikayıl Cabbarovun Azərbaycan Respublikasının təhsil naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı.

Sərəncamda deyilir:

«Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının təhsil naziri vəzifəsindən azad edilsin».

Paylaş:
Загрузка...