CƏMİYYƏT

Pulsuz «Wi-Fi» olan ərazilər genişləndi — TAM SİYAHI

Bu gündən ödənişsiz «Wi-Fi»dan artıq Bakının «Qış parkı» və «Zabitlər parkı» ərazisində də yararlanmaq mümkündür.

İstiPress xəbər verir ki, bununla əlaqədar işlər «İctimai Wi-Fi» layihəsi çərçivəsində aparılıb.

Qeyd edək ki, indiyə qədər İçəri Şəhər, Dənizkənarı Milli Park, Sahil parkı və Heydər Əliyev Mərkəzi parkı, eləcə də «Axundov», «Sabir» və «Xaqani» bağlarında ödənişsiz «Wi-Fi» təmin olunub.

Yaxın vaxtlarda ödənişsiz «Wi-Fi»ın paytaxtın «Hüseyn Cavid» və «Dədə Qorqud» parklarında da təmin edilməsi planlaşdırılır.

Paylaş:
Загрузка...