CƏMİYYƏT

Qəbələ 2020-ci il İslam Turizm paytaxtı seçildi

Azərbaycanın Qəbələ şəhəri 2020-ci il İslam Turizm paytaxtı seçilib.
Panorama.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə təşkilatın «Twitter” səhifəsində yazılıb.
Bu barədə qərar İƏT turizm nazirlərinin Banqladeşin Dəkkə şəhərində keçirilən 10-cu konfransında qəbul olunub.
Qərara əsasən, Azərbaycan gələn il İslam Əməkdaşlıq Təşkilatı Turizm Nazirləri Konfransının növbəti sessiyasına ev sahibliyi edəcək.
Paylaş:
Загрузка...