CƏMİYYƏT

Qədr gecəsi bu duanı etmək vacibdir

Qədr gecəsi hər cür dua oxuna bilər. İnsan həm özünə, həm ailəsinə, həm ölkəsinə, həm də dünyadakı bütün müsəlman qaradaş və bacılarına duada yer ayırmalıdır. Ancaq bu gecə ilə əlaqəli peyğəmbərin buyurduğu dua bu şəkildədir:

“Allahumma innəkə afuvvun tuhibbul avfa fafuanni”

“Allahım! Sən əvf edib bağışlayıcısan. Əfv etməyi sevirsən. Məni də bağışla.”

Qeyd edək ki, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-cu gününə keçən gecəyə təsadüf edir. Azərbaycanda ikinci Qədr gecəsi iyunun 15-dən 16-na (Ramazan ayının 20-dən 21-ci gününə), üçüncü Qədr gecəsi iyunun 17-dən 18-nə (Ramazan ayının 22-dən 23-cü gününə), sonuncu Qədr gecəsi isə iyunun 21-dən 22-nə keçən gecəyə (Ramazan ayının 26-dan 27-ci gününə) təsadüf edir. Ramazan bayramı isə iyunun 26-sı və 27-də qeyd olunacaq.// Metbuat.az

Paylaş:
Загрузка...