CƏMİYYƏT Xüsusi

Qaçan məhbuslardan biri tutuldu

26 oktyabr 2017-ci il tarixdə Penitensiar xidmət tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23.10.2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış AR Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami Şirvan şəhərində tutulub.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumatda bildirilib ki, tutulan şəxs istintaq təcridxanasına yerləşdirilib. Hazırda araşdırma aparılır.

Digər təqsirləndirilən şəxs Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.

Paylaş:
Загрузка...