CƏMİYYƏT

Qara Qarayevin “Üçüncü simfoniya”sı niyə qadağan olundu?- TARİX

Moderator.az tarix elmləri doktoru Nəsiman Yaqublunun yeni nəşrə hazırladığı “Azərbaycan  Milli Azadlıq Hərəkatı Ensiklopediyası” (sovet dövrü: 1920-1991) kitabından böyük bəstəkar Qara Qarayevin sovet musiqisinə gətirdiyi yeniliklərin hansı çətinliklərdən keçdiyini oxucuların diqqətinə çatdırır:
Nəsiman müəllim Moderator.az-a təqdim etdiyi məqalədə görkəmli bəstəkarımız Qara Qarayev barəsində bir neçə maraqlı faktı təqdim edib. Onlardan biri isə bəstəkarın əsərlərindən birinin ləğvi və onun səbəbləri göstərilir:
“Sovetlər Birliyində müasir musiqi və bəstələmə sistemi rəsmi qadağan edilməsə də, onun geniş təbliği arzuolunmaz sayılırdı. Bu sahədəki çalışmalara isə Sovet dövləti tərəfindən maneələr yaradılırdı. Avstriyalı musiqiçi Arnold Şönberqin yaratdığı Dodekafonik (12 tonlu) bəstələmə sistemi də Sovetlər Birliyində qeyri-rəsmi şəkildə qadağan edildi.
Bəstəkar Qara Qarayevin 1963-cü ildə bitirdiyi “Kaman konserti” ilə 1964-cü ildə bəstələdiyi “Üçüncü simfoniya”sı bu yeniliyə görə Kommunist Partiyasının məsul şəxslərini ağır vəziyyətə salmışdı. Belə ki, Q.Qarayevin hər iki əsəri Dodekafonik sistem ölçülərinə görə bəstələnmişdi.
“Sovetskaya Kultura” (“Sovet  Mədəniyyəti”  –  red) qəzetinin 1967-ci ilin 27 iyun sayında olan məlumatına görə Voronej şəhər Orkestrinin istəyinin əleyhinə olaraq SSRİ Bəstəkarlar  Birliyinin  tövsiyyəsi ilə “Üçüncü simfoniya” repertuardan çıxarılır. Bunun səbəbi belə  izah olunur ki, Q.Qarayev sovet rejiminin qaydalarını pozaraq onların musiqidən təbliğat vasitəsi kimi istifadəsinə qarşı çıxmışdı”.
Lakin çox keçmir ki, bəstəkar başqa bir əsərinə görə ona ən yüksək mükafat verilir. Nəsiman Yaqublu onun da tarixçəsindən bəhs edib:
“Azərbaycanın tanınmış sənət və ədəbiyyat xadimləri də bu əsərin “Lenin” Mükafatı alacağını düşünür və mətbuatda  xoşməramlı yazılarla çıxış edirdilər. Professor Cəfər Cəfərov, musiqişünas Zemfira Səfərova, şair Rəsul Rza, bəstəkar Əfrasiyab Bədəlbəyli mətbuatda dəyərli yazılarla çıxış etmişdilər.
Qara Qarayevə “Lenin” Mükafatı son dövrdə yazdığı “Üçüncü simfoniya”ya görə yox, 15 il əvvəl bəstələdiyi “İldırımlı yollarla”  baletinə görə verildi. Bu əsərində o, Afrika zəncilərinin sosial həyatı və onların azadlıq savaşını tərənnüm etmişdi”.
Paylaş:
Загрузка...