CƏMİYYƏT

“Qarabağ” – “Roma” oyununa gedənlər mütləq oxusun — POLİSDƏN XƏBƏRDARLIQ

Sentyabrın 27-də keçiriləcək “Qarabağ” – “Roma”  oyunu ilə əlaqədar olaraq, Bakı Olimpiya Stadionu ətrafında  təhlükəsizlik tədbirləri gücləndiriləcək.  Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, həmin gün futbolu izləməyə xeyli sayda azarkeşin gələcəyi nəzərə alınaraq, stadion ərazisinə şəxsi avtomobillər buraxılmayacaq. Azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat çatmalarının alternativi olaraq metronun “Gənclik” və “Qara Qarayev” stansiyalarının yaxınlığından stadion istiqamətinə xüsusi  avtobuslar pulsuz xidmət göstərəcəklər.

Buna görə də, stadion ətrafında süni sıxlığın, tıxacın, yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün azarkeşlərdən yarışın keçiriləcəyi Bakı Olimpiya Stadionuna icitmai nəqliyyatdan istifadə etməklə gəlmələri xahiş olunur.

Paylaş:
Загрузка...