CƏMİYYƏT

“Quran müqəddəs kitab deyil!” deyən ilahiyyatçı “Müqəddəslik”lə bağlı açıqlama verdi — VİDEO

İlahiyyatçı Elşad Miri “Müqəddəslik”lə bağlı yeni video açıqlama yayıb.

“A24.az” bildirir ki, açıqlamasında ilahiyyatçı artıq bir həftədir ki, müzakirə mövzusu olan “Quran müqəddəs kitab deyil!” fikirləri ətrafında yaranan təhriflərdən danışıb:

“Quran haqqında səsləndirdiyim fikirlər bəziləri tərəfindən xüsusi olaraq fərqli mənalarda qabardılaraq insanlara təqdim olunur. Quranı gözdən salmağa çalışdığım iddia edilir. Quranı adi kitablar kimi təqdim etdiyim deyilir və bununla bağlı müxtəlif videolar hazırlanır, yazılar yazılır, statuslar paylaşılır”.

İlahiyyatçı əslində fikrini düzgün şəkildə ifadə etdiyini və mövzu ilə bağlı geniş video hazırlayacağını da bildirib.

“Bu gün insanlar müqəddəslik anlayışını bəziləri Vətən, ana, kitab və fərqli şeylər üçün istifadə edir. Amma unudulan bir məsələ var: Hər kəsin anası müqəddəsdirsə, hər kəsin anası başqasına görə müqəddəs deyil. Və yaxud hər kəsin anası onun atası üçün müqəddəs deyil. Yaxudda belə deyək: Müqəddəs olan qadının əri üçün müqəddəsliyi yoxdur. Müqəddəs nədir? Əsas bu sözün üzərində dayanmaq lazımdır! Qurani-Kərimdə Allah kimi müqəddəs adlandırır. Niyə Allah müqəddəs adlandırılır. Quranda müqəddəs sözü hansı mənalarda keçir? Peyğəmbər əlimizdəki bu kitaba – Qurana müqəddəs deyibmi? Bu kitaba biz müqəddəs deyib özümüzdən uzaqlaşdırırıqmı?” deyən ilahiyyatçı bu kimi sualların hər birinə daha ətraflı bir şəkildə açıqlama verəcəyini qeyd edib.

“A24.az” “Din.az”a istinadən ilahiyyatçının bu və ya digər fikirlərini səsləndirdiyi videoaçıqlamanı təqdim edir:

Paylaş:
Загрузка...