CƏMİYYƏT

Rəqsanənin qızından Fədayə Laçına dəstək — VİDEO

Yenicə müğənnilik fəaliyyətinə başlayan məşhur müğənni Rəqsanə İsmayılovanın qızı Aysun həbs edilən müğənni Fədayə Laçına dəstək nümayiş etdirib.

GoldNews.az xəbər verir ki, Aysun Fədayə Laçının «Ayrılarıq» mahnısını ifa edib. Bununla o, Fədayə Laçına öz dəstəyini nümayiş etdirib.

Qeyd edək ki, Fədayə Laçın barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

O, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağaminin müşayiət altından qaçmasına kömək etməkdə təqsirləndirilir.

Paylaş:
Загрузка...