CƏMİYYƏT

Ramil Usubov nazirin qardaşı oğlunu polis rəisi təyin etdi

Daxili işlər naziri Ramil Usubov Bakının dörd rayonuna yeni polis rəisləri təyin edib.

Report xəbər verir ki, sənədə əsasən, polis polkovnik-leytenantı Emin Çələbiyev Nizami Rayon Polis İdarəsinin (RPİ) 23-cü Polis Bölməsinin, polis polkovnik-leytenantı Eldar Qazıbəyov Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin, polis mayoru Elnur Əliyev Suraxanı RPİ-nin 30-cu Polis Bölməsinin, polis polkovnik-leytenantı Natiq Camalov isə Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Natiq Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.

Paylaş:
Загрузка...