CƏMİYYƏT

Reaktiv bağlanma pozuntusunda müalicə bu şəkildə aparılmalıdır — PSİXOLOQ AÇIQLADI

Kamil Həmidov — psixoloq 

Reaktiv bağlanma pozuntusu (RAD) 5 yaşdan əvvəl başlayan və sosial münasibətlər çətinlikləri kontekstində özünü göstərən inkişaf pozuntusudur. RAD –ın daha çox beyinin stresi atlamaqla bağlı mərkəzində problemlər olduğundan yarana biləcəyi barədə iddialar da var. Həmçinin bu pozuntunu çox vaxt Hiperaktivliklə ya da Bipolyar pozuntu ilə qarışıq salırlar.

RAD-ın əsas xüsusiyyəti həyatının ilk illərində anayla uşaq arasında bağlılıqlı inkişafın reallaşa bilməməsidir. Ana çağanın ilk ehtiyaclarını (doğru böyütmək, yatızdırmaq, təsəlli vermək, rahatlatmaq, uşağı digər təhlükələrdən qorumaq və.s) təmin etməlidir. Bu təminatı gerçəkləşdirməyəndə uşağın ətrafına qarşı inamsızlığı formalaşır. İnam duyğusu inmişaf etmədiyindən isə duyğusal inkişafda pozuntular yaranır.

Reaktiv Bağlanma Pozuntusu olan uşaqların özəllikləri:

RAD diaqnozlu uşaq ilk illərində danışmağı öyrənməmişdən öncə dünyanın etibarsız yer olduğunu və ətrafındakı böyük insanların onun ehtiyacını ödəməkdə yetərsiz olmaları qənaətindədirlər. Onlar sanki duyğularının qarşısına qoruyucu qabıq, çəpər hörərlər. Bu da onları böyüklərə olan bağlılıqdan qoruyur. Uşaq dünya ilə valideynlərinin vasitəsilə ünsiyyətə girmək əvəzinə Qoruyucu Çəpərlə Dünya ilə təmas qurarlar. Qorunmaq üçün yalnız özlərinə bağlı olan bu uşaqlar onların çəpərlərini dağıtmağa cəhd edən istənilən şəxsi təhdid olaraq görərlər.

Reaktiv Bağlanma Pozuntusunun səbəbləri:

— Ananın hamiləlikdə və ya sonra narkotik maddə və ya alkoqol istifadəsi
— Doğum travması
— Arzuolunmaz hamiləlik
— Uşağın ilk 3 ilində yaşanan fiziki, emosional, cinsi istismar
— Fiziki və emosional inkar edilmə
— Anadan erkən ayriliq
— Hüzursuz və gərgin ailə ailə ortamı
— Həddən artıq qoruyucu olan ata-ana
— Ananın depresiya keçirməsi
— Çox gənc ya da hazırlıqsız valideynlik

Autizm və Reaktiv Bağlanma Pozuntusu arasında oxşarlıqlar, bu iki pozuntu arasında bənzərliklər bunlardır:
— Anlamlı üz ifadəsinin olmaması
— Sözlü komandalara etinzasızlıq
— Fiziki təması rəddetmə
— Exolaliya (səs təqlidi)
— Xəyali oyun əksikliyi
— Təkrarlanan davrnışlar

Reaktiv Bağlanma Pozuntusunda Müalicə:

— İlk öncə ailə uşağı necə böyüdəcəyi barədə maarifləndirilməlidir
— Valideynlik bacarıqları artırılmalıdır
— Ananın depresiyası varsa müəalicə edilməlidir

Təlim proqramından qısa müddət sonra RAD diaqnozu qoyulmuş uşaq autistlərdən fərqli danışmağa və təqlid etməyə başlar. 3 aylıq müalicə proqramı ilə isə sosial əlaqələr qurma bacarığı artır, təkrarlanan davranış pozuntuları düzəlir, dil bacarıqlarında artım müşahidə edilir.

Çox yaxşı nəticə əldə edə bilmək üçün RAD-lı uşaqla terapiya işinə 12 yaşından öncə başlamaq zərurudir.

Müalicədə tətbiq edilən Təlim üsulları:

Ənənəvi və Davranış terapiyaları (RAD) Reaktiv Bağlılıq Pozuntusundan əziyyət çəkən uşaqlarda daha az effekt verirlər. Təbiliyə üstünlük verən terapiyalar simptomları dəyişdirməyə çalışan davranış terapiyalarından daha çox effektivdir. Terapiyada ən önəmli və balanğıc mərhələ Uşaq ilə Ailəsi arasındakı bağlılığı gücləndirməkdir. Bu bağlılıq gerçəkləşdirildikdə arzu ediilən duyğular, davranışlar və s istəklər öz-özünə yaranmağa başlayır.

Terapiya iki təməl prinsip üzərində qurulur:

Belə uşaqların həm sevgiyə, həm də sərhədə ehtiyacları vardır. Valideynlər uşaqlarına qarşı sevgi dolu qayığılı, nəzakətli olduqları kimi həm də açıq, aşkar limitlər qoymalıdır. Lakin valideynlər nəzarəti əllərinə almaq üçün təhdid, cəza və qorxudan istifadə etməməlidirlər. Bu üsullar uşaqda aqresiyanın artmasına səbəb olur, uyğun davranışdan çox üsyankarlığa yol açır.
Reaktiv bağlılıq pozuntusu olan uşaqlarla fərdi terapiyalar effektiv deyil. Daha çox ailə terapiyasından istifadə etmək məsləhət görülür. Valideynlər terapiyalarda həmişə hazırlıqlı olmalıdırlar.

Terapiyanın vacib bir parçası valideynlərin maarifləndfirilməsidir. Bir çox insan öz valideynlərinin valideynlıik qəliblərinə varislənsələr də onlar RAD-lı uşaqlar üçün uyğun görülməz. Uşaqlar ana-ata sevgisini rədd etdikləri üçün ailələrin xüsusi bacarıqlar yaratmaları önəmlidir. Ailələr uşağa sevgi verməyi, valideynlik etməyi öyrənirlər, uşaqlarının necə düşündüklərini, hiss etdiklərini və davranışlarını anlamağa çalışırlar. Valideynlik təliminin bi məqsədi də ana-atanı uşağın acısında qorumaq və uşaqğın davranışlarından yara almadan duyğularına nəzarət etməyi öyrənməkdir. Bu bacarıq uşağın valideyninə bağlanmasını inkişaf etdirməsi prosesində valideynin də uşağa sevgisini itirməməsinə yardımçı olur.

Yekun olaraq qeyd edək ki, təlimin məqsədi əvvəl olub keçənlərin yaddan çıxarılması, inam duyğusunun qazanılması, daxili nəzarətin inkişaf etdirilməsi, qarşılıqlı əlaqələrin qurulması, sosial qaydalara uyğun davranmaların öyrənilməsi, yanlış düşüncə qəliblərinin düzəldilməsi və özünə hörmətin inkişaf etdirilməsidir.

Paylaş:
Загрузка...