CƏMİYYƏT

Reper «facebook»da məlum videosu barədə yazdı: «Ya mən deyiləm, ya da mənə…»

«Əsəbdən, stressdən 2 ilə yaxındır depressiyadayam, yüksək dərəcədə şəkər qazandiğım bu son günlərdə bəlli olub, halbuki nəslimizdə şəkər xəstəsi olmayıb, intihar etməyimi istəmələrini dəfələrcə deyiblər».

Bu sözləri son günlər adı qalmaqalda hallanan reper Anar Nağılbaz deyib. Reperin sözlərinə görə, Praqadan döndükdə qulaqlarını doldurdular ki, unutmalısan, ailəni tutmalısan:

«Mənim ürəyim kövrəkdir. Hər dəfə evə gələrkən, uşaqlar anadan olandan nələrsə almışam, yoldaşıma da bacardığım kimi baxmışam. Maddi vəziyyətimin zəif olduğundan, heç kimə sirr deyil ki, atamın qayğısı üstümüzdən əskik olmayıb. Məlum videonu illərdir əllərində bayraq edənlərin istəkləri isə daha böyük olub: şuba, ayfon, maşın, şou biznes sferasinda yanımda görünmək. Və hər dəfə də bu video başıma vurulub. Mənim isə o hadisə yadımda deyil, ya qurmadır, mən deyiləm, ya da məni psixotrop maddələrlə zəhərləyib zombi halına salıblar. Praqadan sonra 6 ay yaşadığımız müdətdə əllərinə keçənləri toplamaqla yeni iftira kompromatlar yığmağa başladılar və bu 2 il ərzində davam elədi. İndi də səfərimi və evlənəcəyim xəbərini eşidib, hücuma keçməyə başlayıblar. Həmən 6 ay müddətində parçalanan ürəyimi sakitləşdirmək üçün içkiyə pis qurşandım. Amma yenə də atamın himayəsi…Taksi şoferi kimi də arada avtovağzaldan Dərbəndə adamlar aparırdım, papağı gözümün üstünə salırdım ki tanımasınlar. Yeni ildə ayrildıq. Ev tələbləri, şantajlar bitmirdi. Hər gün gəlib dəyirdim uşaqlarıma, ərzaq və istədiklərini alırdım. O qadın qaldığımız ata evinə dönə bilməzdi. Amma uşaqların balaca olduğlarını nəzərə alaraq anasız da qoymamağa qərara gəldik, çünki bu yaşlarda uşaqlar anaya daha bağlı olurlar».

Anar Nağılbaz fikirlərinə daha sonra belə davam edib:

«Bir söz də var: uşaqlar anadan yetim qalır. Olmadığım müddətdə uşağı dərsə aparıb-gətirmək adıyla gec qayıdırdı, bəzən günlərlə bacısının yanında qalacağını deyirdi. Hər dəfə də atagilə cürbəcür xarici, bahalı ciplərdə dönürdü. Biz ayrıldığımız müddətdə də tez tez uşaqlarımla görüşüb gəzintilərə aparir, istədiklərini alırdım. Aylığ xərcləri isə ödənirdi. Artığ xasiyyətini bildiyimizdən əlindən iltizam alınırdı və ya poçtla göndərilirdi. Son aylarda yaşlı ata, anamın və mənim səhhətimdə pisləşmələr oduğundan atam xahiş etdi ki, qızım 2-cə ay möhlət ver, müalicə alaq, vəziyyət pisdir. Qoy 2 ay da neft şirkətində işləyən, yüksək maaş alan qardaşın, atan, anan, bacın, digər qardaşların yardım etsin. Amma yenə də kirayə haqqlari verilib və oglum və qizım üçün qış geyimlərinin ən yaxşısını almışam. Yayın 2 ayı usaqlar yanımızda olublar. Məlum videodan bir qədər əvvəl də 4 gün yanımda qalıblar, cox sevinirdilər, Mk.Donaldsa gəzintiyə aparmışam. Daha sonra evlənəcəyim və klip çəkilişinə gondəriləcəyimi eşidib, yenə şantaja əl atdı və 2 gün sonra məlum video çıxdı. Elə düşünür ki mən varlı ailədən evlənirəm və kliplər də çəkirəmsə pullaşmışam. Mən, ayda tələbələrimlə iş birliyimdən elə olur heç nə qazanmıram, ancaq siqaretimə, yol puluma yetər, elə ay da olur nəsə qazananda sevincək qaçıb uşaqlarımçun nəsə edirəm. Uşaqları əllərində bayraq edib psixikasını pozublar. Hər bir şeyin cavabı məhkəmədə həllini tapacaq inşallah. Bu videonu kimlərin və necə qurduğu mənə də maraqlıdır. Əgər psixotrop maddələr veriblərsə, deməli, başqa işlər də edə bilərlər. Allah böyükdür! Sübhanallah!»

Paylaş:
Загрузка...