CƏMİYYƏT

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni TƏYİNATLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) rəisinə yeni müavinlər təyin olunub.

“AzeriDefence”nin məlumatına görə, dövlət başçısının sərəncamı ilə polkovnik Şahvələd Əliyev və polkovnik Yusif Mirzəyev SHXÇDX rəisinin müavinləri təyin olunub. O, bu gün SHXÇDX-nin yaranmasının 6-cı ildönümünə həsr olunmuş tədbirdə rəis müavini kimi şəxsi heyətə təqdim edilib.

Bununla da SHXÇDX rəisinin müavinlərinin sayı 4 olub.

Qeyd edək ki, polkovnik Şahvələd Əliyev SHXÇDX yaranana qədər Dövlət Sərhəd Xidmətində çalışıb. SHXÇDX yarandıqdan sonra o, qurumun nəzdində fəaliyyət göstərən “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı” MMC-nin sədri vəzifəsində (mülki vəzifədə) çalışıb.

 

Paylaş:
Загрузка...