CƏMİYYƏT

Sərnişinlər DİQQƏT: Bu metrostansiyada eskalator əsaslı təmirə dayandırılır

 

 

Noyabrın 14-də “Həzi Aslanov” stansiyasında «ET-5M» markalı 2 saylı eskalator əsaslı təmirə dayandırılacaq.

“Bakı Metropoliteni” QSC-dən Oxu.Az-a verilən məlumata görə, eskalatorun təmiri, istismar qaydalarına uyğun olaraq, qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün aparılacaq.

Təmirin gələn ilin fevral ayında başa çatdırılması və təhvil-təslim işlərindən sonra eskalatorun yenidən istismara verilməsi nəzərdə tutulub.

Bu müddət ərzində sərnişinlər digər iki eskalatorun xidmətindən istifadə edə biləcəklər.

Paylaş:
Загрузка...