CƏMİYYƏT

Sabah hava şaxtalı olacaq

Bakı və Abşeron yarımadasında dekabrın 9-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi  gündüz cənub küləyi ilə əvəz olunacaq.

ETSN-dən Panorama.az -a verilən məlumata görə, havanın temperaturunun gecə  2-5° isti, gündüz  8-10° isti, Bakıda gecə  2-4° isti, gündüz  8-10° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 770  mm civə sütunu təşkil edəcək. Nisbi  rütubət  gecə  75-85 % , gündüz  50-55 % olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 11-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Qərb  küləyi əsəcək.

Havanın temperaturunun gecə  2° şaxtadan 3°-dək isti, gündüz  6-11° isti, dağlarda gecə 1-6°, yüksək dağlıq ərazilərdə 2-7° şaxta, gündüz  2-7° isti olacağı gözlənilir.

Paylaş:
Загрузка...