CƏMİYYƏT

Sabaha olan hava proqnozu

Bakıda və Abşeron yarımadasında fevralın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Panorama.aza verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 7-10, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 7-9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Paylaş:
Загрузка...