CƏMİYYƏT

Sabahdan hava kəskin pisləşəcək — XƏBƏRDARLIQ

Oktyabrın 31-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Panorama.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun yarımadada gecə 14-17°, gündüz 18-22°, Bakıda gecə 15-17°, gündüz 19-21° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Axşam isə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 10-15°, gündüz 18-23°, dağlarda gecə 4-9°, gündüz 11-16° isti olacağı gözlənilir.

Oktyabrın 31-i axşamdan noyabrın 02-si səhərədək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

Paylaş:
Загрузка...