CƏMİYYƏT

“Saç tökülməsinin əsas səbəbi ayaqdakı göbələk xəstəliyidir” – VİDEO

Tibb Universitetinin dosenti, Respublikanın əməkdar müəllimi Rəşid Mahmudoovun fikrinə görə, saç tökülmələrinin əsas səbəbi ayaqdakı göbələk xəstəliyidir. Ələ bulanan mikroblar saça təmas etdikdə bu geri dönüşü mümkün olmayan saç tökülmələrinə gətirib çıxarır. Bu fikirləri Rəşid Mahmudov Bizim Yol.info saytına müsahibə verərkən bildirib.

Canlı yayımda dinləycilərin çoxlu sayda suallarını cavablandıran həkimin səsləndirdiyi daha bir fikir geniş marağa səbəb olub. O Azərbaycanda suyun yodlaşdırılmaması barədə danışaraq bunun insan oqanizminə zərər verməsi, müxtəlif xəstəliklərə , xüsusən də yaddaşsızlığa və yorğunluğa səbəb olduğunu qeyd edib. “Azərbaycanda suyun yodlaşdırılma səviyyəsi dünya standartlarından qat -qat aşağı səviyyədədir”ş

Həkim həmçinin zəli barəsində danışaraq zəlinin insan orqanizminə böyük faydası olduğunu söyləyib .” Zəli qoyarkən zəlinin ağzından dərimizə keçən fermentlər uzun müddət orqanizmdə qalır. Hətta aspirin bu qədər effektiv təsir göstərə bilmir. Keçmiş zamanda insanlar zəlidən gözəllik məqsədi ilə istifadə edərdilər. Toya bayrama getməzdən öncə zəli qoyardlar ki, dəriləri daha parlaq olsun, təzələnsin”. Bizim Yol.İnfo Rəşid Mahmudovla videomüsahibəni təqdim edir.//www.bizimyol.info

Tibb Univerisitetinin dosenti Rəşid Mahmudov canlı yayımda sualları cavablandırırSöhbət etdi : İlhamə Rəsulova

Опубликовано Bizim Yol 12 октября 2017 г.

Paylaş:
Загрузка...