CƏMİYYƏT

«Sakinlərə 1 illik kirayə pulu veriləcək» — İcra başçısı

Bu gün günorta saatlarında Bayıl yamacında sürüşmə yenidən aktibləşib.

Yenicag.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, sürşümə nəticəsində 4 ev dağılıb.

Xoşbəxtlikdən dağıntı zamanı insan təlafatı olmayıb. Hadisə yerində olan Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sakinlərə görüşüb, onları maraqlandıran sualları cavablandırıb.

Saytımıza açıqlama verən icra başçısı gələn həftədən təhlükəli ərazidən köçürülən sakinlərə 1 illik kirayə pullarının veriləcəyini bildirib. Bundan başqa o, təhlükəsizlik tədbirlərinin görüldüyünü söyləyib. Eldar Əzizov sürüşmə zonasında vəziyyətin ciddiliyini vurğulayıb. Qurum rəhbəri Bayıl yamacının aşağı hissəsində, sürüşmə sahəsində yaşayan digər sakinlərin də ərazidən köçürülməsi üçün göstəriş verib.

Qeyd edək ki, sürüşmədən sonra dağılan evlərin yaxınlığında yaşayan sakinlər mənzillərindən əşyalarını çıxarmağa başlayıblar.

Paylaş:
Загрузка...