CƏMİYYƏT

Salyanda dəhşətli yanğın: 2 uşaq yanaraq öldü

Salyanın Boranıkənd kəndində baş vermiş yanğın zamanı 2 azyaşlı ölüb.
Panorama.az«Report»a istinadən xəbər verir ki, yanan evdə qalmış azyaşlıların cəsədi içəridən çıxarılıb.
Qeyd edək ki, hadisə Novruz Mübariz oğlu Bəhrəmliyə məxsus evdə baş verib. Uşaqlar 5-6 yaşlarındadır.
***
09.45
Salyanda yanğın hadisəsi baş verib.
Hadisə səhər saatlarında rayonun Boranıkənd kəndində qeydə alınıb.
İlkin məlumata görə, 2 azyaşlı uşaq yanan evdə qalıb. Hələlik azyaşlıların sağ qalıb-qalmamaları barədə məlumat yoxdur.
Paylaş:
Загрузка...