CƏMİYYƏT

Satış rekordları qıran 5 kitab haqqında maraqlı faktlar — SİYAHI

Parafraz 5 məşhur, satış rekordları qıran kitab haqqında maraqlı faktları təqdim edir: 
1. “Hobbit” əsəri planlaşdırılmamış əsər hesab olunur. Con Ronald Ruel Tolkin uşaqları üçün hekayələr yazmağa başlayır. Bu hekayələr yazıçını özünə o qədər aludə edir ki, bu möhtəşəm əsəri ərsəyə gətirir.
Oxucuların az qisminə məlumdur ki, əsər öncə “Hobbit” adlanıb, daha sonra silsilə şəklində nəşr olunduqda “Üzüklərin hökmdarı” adını alıb.
2. Con Qrinin müəllifi olduğu “Eyni ulduzun altında” əsəri real hadisə əsasında yazılıb.
“Harri Potter” fanatı olan amerikalı yazıçı 2009-cu ildə əsərin şərəfinə təşkil edilmiş karnavalda iştirak edərkən Ester Erl adlı ölümcül xəstəliyi olan qızla tanış olur. Həmin qızın obrazını da əsas qəhrəman kimi əsərində canlandırır.

3. Dünyaca məşhur ədəbiyyatçı Viktor Hüqo romanlarının birində Fransa ədəbiyyatının ən uzun cümləsini işlədib.
“Səfillər” romanında yer alan cümlə 823 sözdən ibarətdir.
4. Vladimir Nabokovun “Lolita” əsəri bir neçə ölkədə, o cümlədən, ABŞ-da qadağan edilən kitabların siyahısında yer alsa da, Vaşinqtonda yüz min tirajla nəşr olunub.
5. «Dahiyanə fikirlər təsadüf nəticəsində yaranır». Bu sözləri “Aclıq oyunları” əsərinin müəllifi Suzan Kollins deyib.
Sözügedən əsərin yazılma tarixindən danışan yazıçı bildirib ki, televizorda əyləncəli oyun yarışı gedən proqramı izləyib, daha sonra kanalı çevirərkən İraqda baş verən qanlı hadisələrdən birini izləyib və “Aclıq oyunları”ının ideyasını düşünüb.
Paylaş:
Загрузка...