CƏMİYYƏT

Sevgilinizdən ayrılacağınızı göstərən 9 işarə — ARAŞDIRMA

Hamımız uzun bir əlaqənin xəyalını qururuq, lakin təəssüf ki, hər zaman ideal eşqi tapmaq olmuq. Bəzən münasibətimizdə problemlər yaşayırıq. Bəs münasibətlərimiz bu problemləri keçə bilərmi?

GoldNews.Az bu sualların cavabını sizə təqdim edir.

Özünüzü xarici dünyadan təcrid etmək

Münasibətinizin əvvəlində bir-birinizi dəlicəsinə istəyirsiniz və bir-birinizdən ayrı bir an belə keçirmək istəmirsiniz.

Dostlarınızla vaxt keçirməkdənsə onu qucaqlamağa üstünlük verirsiniz. Ancaq bir müddət sonra ətrafınızda heç kəs qalmayanda, sevgilinizlə edəcək şeylər də tükənəndə peşman olursunuz.

Cütlüklər arasında bir tərəf mütləq bir müddət sonra yalnız ikili vaxt keçirməkdən darıxacaq. Beləliklə, problemlər başlayır.

 

Sevgilinizin sizinlə eyni şeyi düşünəcəyi yanlışlığı

Bəzən beynimizdə öz fikirlərimizi, istəklərimizi və hisslərimizi əslində qarşı tərəfin fikirləri və hissləri olduğuna inanırıq.

Məsələn, səbəbsiz qısqanclıq müdafiə ehtiyacından inkişaf edir. Səhər bir başqasını xəyal edən şəxs axşam tərəfdaşını onu aldatmaqla günahlandırmağa daha çox meyllidir.

 

Bir-birini anlamamaq

Bəzən sevgili insanların bir-biri ilə danışmadan, baxışları ilə bir-birini anladığını eşitmisiniz. Amma bu, böyük bir səhvdir.

Uyğun bir münasibətdə mübadilə olmazsa, olmazdır. Bir-birinizə tələblərinizi və istəklərinizi deyin.

 

Birgə gələcək haqqında plan qurmamaq

Əlaqənin əvvəllərində bəzi cütlüklər gələcək planları qurmadan anı yaşamağı seçər. Bu da başqa bir səhvdir.

Əlaqənin ilk günlərindəki ehtiras azalmağa başlayanda, gələcəyə dair heç nə danışmadıqları üçün nə olacağından qorxurlar.

Bu səbəblə əlaqənin ən başında gözləntilər və gələcəyə dair vəzifələr bölüşdürülməlidir.

 

Birinin yarasını sarımaq

Ondan xoşlanırsınız və yaralı olması ona kömək etmək üçün yaxşı bir səbəbdir. Onun xilaskarı olmaq sizin dəyərli olduğunuzu hiss etdirəcək.

Lakin hər iki tərəfin bir-birindən istifadə etdiyi belə bir münasibət iki tərəfə də yaxşılıq gətirməyəcəkdir.

 

Tənbəllik

Bir çox cütlük uyğun bir əlaqənin avtomatik olduğuna inanmaq kimi səhvə yol verir. Halbuki, münasibətlərdə hər iki tərəfində əmək verməsi həyati əhəmiyyət daşıyır.

 

Həllolunmaz ziddiyyətlər

Qəzəb həllolunmaz ziddiyyətlərdən qaynaqlanır. Münasibətdə problemləri dilə gətirmək olduqca əhəmiyyətlidir.

Mübahisədən çəkindiyiniz üçün daim özünüzü saxlaya bilirsinizsə, xoşunuza gəlməyən bir şeyi «əhəmiyyətli deyil» deyərək üstündən keçirsinizsə, sonunda münasibətiniz bitmə nöqtəsinə gələcək.

 

Bitmiş bir cinsi həyat

Yaxşı bir cinsi həyat sizi otaq yoldaşlığı mərhələsindən cütlük olma mərhələsinə daşıyır.

Hər iki tərəf cinsi həyatı aktiv etməlidir.

 

Aldatmaq

Cütlüklərdən biri digərinin onu aldatdığını öyrənərsə, bu vəziyyət ümumiyyətlə əlaqənin bitməsinə səbəb olur.

Bununla yanaşı, əlaqənin gələcəyi adətən aldadılan insanın alacağı qərara bağlıdır.

 

Paylaş:
Загрузка...