CƏMİYYƏT

Sızanaqlar üçün evdə rahat hazırlanan effektiv maskalar

Sızanaqlardan xilas olmaq çətin ola bilər. Sızanaqları hər nə qədər sıxmaq istəsəniz də bu ən pis şey olacaqdır. Sızanaqlraı ev şəraitində də müalicə edə bilərsiniz.

GoldNews.Az sızanaqlar ən təsirli müalicə üsullarını sizə təqdim edir.

Bal və darçın maskası

Bal sızanaqlardan xilas olmaqda təsirli bir maddədir. Bal təbii antibiotikdir və açıq deşiklərin içindəki çirki təmizləyir.

Bir xörək qaşığı balı yarım çay qaşığı darçın ilə qarışdırın və quru dəriyə əllərinizlə tətbiq edin.

Dairəvi hərəkətlərlə dərinizə masaj edin. Daha sonra ilıq su ilə dərinizi yuyun.

Yumurta ağı maskası

Yumurta ağının dəri sıxlaşdırıcı xüsusiyyəti vardır. Həmçinin açıq deşiklərdə toplanan çirki də təmizləyir.

İki yumurtanın sarısını ayırın, ağını üzünüzə tətbiq edin.

2 dəqiqə quruyub gözlədikdən sonra ikinci dəfə üzünüzə sürtün. 10-15 dəqiqə daha qurumasını gözləyin, daha sonra ilıq su ilə üzünüzü yuyun.

Gil maskası

Gil maskası həm sızanaq, həm də qara nöqtələri müalicə edən ən təsirli yollardan biridir.

Bir çay qaşığı toz gili bir çay qaşığı alma sirkəsi ilə krem konsistensiya gələnə qədər qarışdırın və üzünüzə tətbiq edin. 5 dəqiqə qədər cildinizdə qurumasını gözlədikdən sonra ilıq suyla gil maskasını dərinizdən çıxarın.

Yulaf əzməsi və qatıq maskası

Qatığın çindəki laktik turşusu və yulaf əzməsi cildi yumşaldıcı xüsusiyyəti verən bu maska təsirli hala gətirir.
3 yemək qaşığı yoqurdu iki yemək qaşığı yulaf əzməsi ilə qarışdırın. Bu qarışığa bir neçə damcı limon suyu və zeytun yağı əlavə edin.

Hazırladığınız maskanı dərinizə tətbiq edin. 10 dəqiqə gözlədikdən sonra dərinizi ilıq suyla təmizləyin.

Zerdeçal və nanə maskası

Özünüzə nanə çayı edin və soyumasını gözləyin. Nanə çayından iki yemək qaşığı götürün və bir yemək qaşığı zerdeçalı nanə çayına əlavə edin.

Bu qarışığı dərinizə tətbiq edin və 10 dəqiqə gözləyin. Daha sonra dərinizi ilıq su ilə yuyun.

Paylaş:
Загрузка...