Xırdalanda yataqxana binasında yanğın başlayıb.

Panorama.az-ın APA-ya istinadən məlumatına görə, 3 mərtəbəli yataqxana binasının üçüncü mərtəbəsindəki mənzillərdən birində başlayan yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.