CƏMİYYƏT Xüsusi

Sükan arxasında Əli Həsənovun nəvəsi olub – RƏSMİ

Xəbər verildiyi kimi avqustun 3-də axşam Bakının Heydər Əliyev prospektində “Mercedes Gelandewagen” markalı ciplə dəhşətli qəza törədilib. Yüksək sürətlə hərəkətdə olan avtomobil VAZ-2115 markalı avtomobili arxadan vurduqdan sonra idarəetməni itirib və prospektin ikinci dərəcəli yoluna çıxıb. Orada yol kənarında dayanmış 3 nəfər piyadanı vurub və alışıb yanıb. Qəzada biri vurulan piyada olmaqla iki nəfər həlak olub, iki nəfər piyada yaralanıb. Həmin avtomobil baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsusdur.

DİN-in mətbuat xidməti virtualaz.org saytının istintaqın gedişi və sürücünün şəxsiyyətinin müəyyən edilməsi haqda sualına cavab olaraq bildirib ki, aparılmış zəruri istintaq tədbirləri nəticəsində qəzanın baş verdiyi ərazidə müşahidə kameralarının görüntülərinin araşdırıldığını və “Mercedes Gelandewagen” markalı yolsuzluq avtomobilinin sükanı arxasında məhz vətəndaş Nail Allahverdiyevin olduğunun müəyyən edildiyini bildirib.

Adı çəkilən sürücü cinayət məsuliyyətinə cəlb olunacaq.

Paylaş:
Загрузка...