CƏMİYYƏT

Sumqayıtda kanalizasiya quyusu faciəsi: biri FHN əməkdaşı olmaqla 2 nəfər öldü, 3 əməkdaş zəhərləndi — YENİLƏNİB

Sumqayıtda kanalizasiya quyusuna düşən şəxs və onu xilas etməyə çalışan FHN əməkdaşı ölüb, 4 xilasedici isə zəhərlənib.

«Panorama» ARB 24-yə istinadən bildirir ki, saat 14:16-da Sumqayıt şəhərindəki 76-cı məhəllədə kanalizasiya quyusuna bir nəfərin düşməsi haqqında quruma məlumat daxil olub.

Xilasedicilər dərhal hadisə yerinə gedib. Quyuya düşmüş vətəndaşın meyiti çıxarılarkən FHN əməkdaşlarından biri həlak olub, 4-ü isə xəsarət alıb. Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin həmin şəxsi xilas etmək üçün quyuya düşən əməkdaşı Ruslan Məmmədovun qazdan boğularaq dünyasını dəyişdiyi bildirilir. Hadisə yerində olan xüsusi müxbirimizin verdiyi məlumata görə, zəhərlənən şəxslər — Namiq Əhmədov, Natiq Məmmədov, Ayaz Əliyev və Zahid Bağırov müalicə üçün Bakıya göndərilib. Onların vəziyyəti orta ağır qiymətləndirilir.

19:47

Sumqayıt şəhər Səhiyyə İdarəsindən «SalamNews»a verilən məlumata görə, FHN-in əməkdaşı Məmmədov Ruslan dünyasını dəyişib, nazirliyin digər 4 əməkdaşı — Əliyev Ayaz, Məmmədov Natiq, Əhmədov Namiq ağır, Bağırov Zahir isə orta-ağır vəziyyətdədir. Həyatını itirmiş mülki vətəndaşın isə şəxsiyyətini müəyyən etmək hələlik mümkün olmayıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

17:18

Fövqəladə Hallar Nazirliyi Sumqayıtda baş verən faciəli hadisə ilə bağlı məlumat yayıb.

«Panorama»nın FHN-nin saytına istinadən məlumatına görə, bu gün saat 14:16-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərindəki 76-cı məhəllədə kanalizasiya quyusuna bir nəfərin düşməsi haqqında məlumat daxil olub. FHN Sumqayıt Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

Quyuya düşmüş vətəndaşın meyiti xilasedicilər tərəfindən çıxarılıb, lakin baş vermiş bədbəxt hadisə nəticəsində əməkdaşlardan bir nəfəri həlak olub, üç nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

————

15:38

Sumqayıt şəhər sakini kanalizasiya quyusuna düşüb.

Panorama APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 76-cı məhəlləsində qeydə alınıb.

Onun xilas edilməsi üçün tədbirlər görülür.

Paylaş:
Загрузка...