CƏMİYYƏT

Sumqayıtda yataqxanada PARTLAYIŞ: 25 nəfər yaralandı — VİDEO-YENİLƏNİB

Sumqayıtda yataqxanada partlayış, ardınca yanğın olub.

Sumqayıt Təcili Yardım Xəstəxanasından verilən məlumata görə, 25 nəfər xəstəxanaya yerləşdirilib.

Həmçinin qeyd edilir ki, 1 nəfər 14 yaşlı qızın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

*   *   *22:07

Hadisə Sumqayıtın 8-ci mikrorayonundakı yataqxanada baş verib. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Partlayış yanğına çevrilib. Partlayışın yataqxananın 3-cü mərtəbəsində baş verdiyi deyilir. Hadisə yerinə şəhərin hüquq mühafizə idarəsinin əməkdaşları və Fövqəıadə Hallar Nazirliyinin canlı qüvvəsi, Təcili Tibbi Yardım avtomobilləri cəlb edilib.

Hadisə nəticəsində ondan artıq şəxs zəhərlənmə ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyinin 1 əməkdaşı və 1 nəfər polis serjantı tüstüdən zəhərlənib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Yanğın saat 22:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yataqxanada məcburi köçkün ailələrinin yaçadıöğı bildirilir. («Trend»)

Paylaş:
Загрузка...