CƏMİYYƏT

Sumqayıtda yanğın: 25 nəfər təxliyə olundu

Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsinin ümumi dəhlizində yerləşən sahəsi 30 m2 olan mətbəxin yanar konstruksiyaları yanıb.

«Panorama»nın FHN-nin saytına istinadən xəbərinə görə, yüksək temperaturdan mətbəxin və dəhlizin lambirindən ibarət tavanı 60 m2 sahədə əriyib. Yanğın zamanı 3 nəfər sakin yanğınsöndürənlər tərəfindən xilas edilib və 25 nəfər sakin təhlükəsiz əraziyə təxliyə olunub. Dəhlizin qalan hissəsi və bina yanğından mühafızə olunub.

Paylaş:
Загрузка...