CƏMİYYƏT

Şuranın maliyyə dəstəyi ilə hazırlanmış növbəti sənədli film ictimaiyyətə təqdim olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə «Sülhə Çağırış” Tolerantlığa dəstək İctimai Birliyi, Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən «Müharibə olmasaydı” sənədli filminin təqdimatını reallaşdırıb.
Adalet.az xəbər verir ki, tədbirdə Sabunçu rayon Gənclər Evinin Metodika işləri üzrə müavini Orxan Daşdəmirli, «Sülhə Çağırış” Tolerantlığa Dəstək İctimai Birliyinin sədri Aynurə Cəfərova, həmçinin Sabunçu rayon Gənclər evinin əməkdaşları, müəllim və fəal şagird kollektivi iştirak ediblər. Toplantı Azərbaycan Respublikasının Dövlət himni ilə açıq elan olunub. Daha sonra ekran işi iştirakçıların seyrinə təqdim edilib.
Təqdimatı Sabunçu rayon Gənclər Evində reallaşan film auditoriyada yüksək maraqla qarşılanıb. Təşkilatdan verilən məlumata görə «Qarabağ münaqişəsinə iqtisadi baxış” adı altında reallaşan layihədən məqsəd Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizə, eləcə də regiona vurulan iqtisadi ziyana diqqət yönəltməkdir. Peşəkar komanda ilə və ekspertlərlə hazırlanan ekran işi zamanı regiona münaqişə səbəbindən dəymiş ziyan auditoriyanın nəzərinə çatdırılıb. «Sülhə Çağırış” Tolerantlığa dəstək İB-dən verilən məlumata görə bu filmdə müharibə və qeyri-müharibənin fərqləri xüsusi ilə önə çıxarılıb.
Paylaş:
Загрузка...