CƏMİYYƏT

Təyyarə qəzasında ölən azərbaycanlı kriminal avtoritet imiş

Moskvada təyyarə qəzasında ölən Namiq Qəhrəmanov krminal aləmin üzvü olub.
Unikal.org-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, qəzada öldüyü bildirilən Yevlax rayon sakini, 1971-ci il təvəllüdlü Qəhrəmanov Namiq İnayət oğlu krminal aləmdə «Haqqı” ləqəbi ilə tanınan kriminal avtoritet olub.
O, uzun illərdir Rusiyada yaşayıb və tekstil fabrikinin sahibi olub. Qardaşı da krminal aləmin üzvüdür və «İsim” ləqəbi ilə tanınır. N.Qəhramanovun qardaşı sonuncu dəfə Yevlaxda qanunsuz silah saxladığı üçün hazırda həbsdədir.
Paylaş:
Загрузка...