CƏMİYYƏT

Təzyiqin kəskin dəyişməsinin səbəbləri və müalicə yolları

Arterial təzyiq xəstəliyi ürək-damar sisteminin ən geniş yayılmış xəstəliyindən biridir. Qan təzyiqi qan damarlarında qanın təzyiqinin çoxalması nəticəsində yaranan xəstəlikdir.

Adətən arterial təzyiqi xəstəliyi uzun illər tədricən inkişaf edir. Patoloji prosesin hiss olunmadan inkişaf etməsi orqanizmin normal iş prinsipinə qlobal təsir göstərir. Odur ki, arterial təzyiq xəstəliyinin müalicəsini onun ilkin inkişaf mərhələsində gecikdirmək olmaz. Çünki sonradan müalicəyə daha çox vaxt və maddi vəsait tələb olunacaq.

Hazırda normal təzyiq 120-80 mm c. s. sayılır. Əgər insanda təzyiq 120-60 mm c. s. olarsa, bu normal hesab edilir. İnsan özünü bu təzyiqdə narahat edirsə, çay və ya qəhvə içə bilər.

İstənilən kənar təsirlər ümumi normaları pozur və vəziyyəti daha da ağırlaşdırırlar. Baş ağrıları, ürək bulanması, yuxu, xroniki yorğunlıuq, sinədə ağrı təzyiqin kəskin şəkildə aşağı düşməsi və ya qalxmasının ilkin əlamətləri ola bilər.

Bəzi insanlarda adi norma göstəriciləri bu və ya digər tərəfə meyl edirlər. Bu, orqanizmin xüsusiyyətlərindən asılıdır. Əgər son vaxtlar normal təzyiq göstəricilərində ciddi dəyişiklik müşahidə edirsinizsə, bu, orqanizmdə baş verən nasazlıqlardan xəbərdar edir.

Publika.az oxucuları təzyiqin dəyişməsinin səbəbləri və həlli yolları ilə tanış edib.

Təzyiqin aşağı və yuxarı düşməsinin səbəbləri:

Somatik xəstəlikləri, böyrək, ürək və damarları fəaliyyətinin pozulması;

Osteoxondroz;

Hormonal pozulma, mədəaltı vəzi fəaliyyətinin zəifləməsi, hormonal dəyişikliklər;

Stress, təşviş;

Xroniki depressiya;

Yüksək miqdarda heyvan piylərinin istifadəsi, balanslaşdırılmamış qidalanma, çox yemək;

Böyük miqdarda duz istifadəsi;

Enerji içkiləri, kofe, çay, şokoladın nəzarətsiz istifadəsi;

Meteoroloji təbii proseslərə məruz qalan həssas adamlar;

Bəzi dərman vasitələri də təzyiqin artmasına səbəb olur;

Alkoqoldan həddən artıq istifadə də təzyiqin kəskin şəkildə dəyişməsinə səbəb olur;

Fiziki baxımdan yüklənmək, ağır fiziki əmək;

Doğumdan sonrakı dövr;

İqlim dəyişikliklərindən sonra yeni həyat şəraitinə uyğunlaşma;

Siqaret çəkmək damarların divarlarının süstlüyünə səbəb olur;

Həddindən artıq zehni gərginlik və yorğunluq.

Təzyiqin kəskin dəyişməsinin qarşısını necə almaq olar?

Təzyiqin normallaşması üçün aşağıdakı tədbirlər yaxşı nəticə verə bilər:

İstənilən havada müntəzəm piyada gəzinti. Bu, nəinki adi məşqdir, eyni zamanda meteohəssas insanlar üçün profilaktikadır;

Yoqa, bədən tərbiyəsi məşğələləri və ya çiqun gimnastikası;

Menyudan duzlu və qızardılmış yağlı yemək məhsullarının çıxarılması;

Vegetarianlıq;

Psixoemosional gigiyena. Nevroz və depressiyanın vaxtında müalicəsi. Psixoterapevt müayinəsi;

Bütün orqan və hormonların düzgün işləməsinə nəzarət;

Somatik xəstəliklərin profilaktikası;

Müntəzəm kontrast duş damarlar üçün ən yaxşı trenajordur;

Fiziki yükləmələrdən və həddindən artıq zehni gərginlikdən uzaq durmaq;

Alkoqol və tütündən imtina.

Təzyiqi normaraya salmaq üçün hərdən sadəcə olaraq stressdən uzaqlaşmaq, düzgün qidalanma və istirahət rejiminə əməl etmək yetərlidir. Əgər, bu tədbirlər nəticə vermirsə, tibbi yardım və müalicə üçün farmakologiya preparatlarından istifadə etmək lazımdır.

Sanatoriya kurortlarında bir neçə gün istirahət, eləcə də dəniz vannaları, palçıqla müalicə üsulları da yaxşı nəticə verir.

Paylaş:
Загрузка...