CƏMİYYƏT

Tacir Şahmalıoğlu Fədayə Laçının HƏBSİNDƏN DANIŞDI: “Heç yaxşı iş görməyib”

Müğənni Fədayə Laçının eks-sevgilisi Tacir Şahmalıoğlu ifaçının həbs olunmasına münasibət bildirib.

Publika.az-a açıqlama verən müğənni həbs xəbərini indi eşitdiyini deyib:

“İndi jurnalistlərdən eşitdim ki, həbs olunub. Mənim nəyimə lazımdır? Onun mənimlə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Özü bilər, öz həyatıdır. Heç yaxşı iş görməyib. Yazıq ailəsi…”

Qeyd edək ki, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilərək həbs olunub.

Paylaş:
Загрузка...