CƏMİYYƏT

Tanınmış bəstəkar xəstəxanaya yerləşdirildi — İNSULT KEÇİRDİ

Əməkdar incəsənət xadimi Tahir Əkbər insult keçirib.

Axşam.az-ın məlumatına görə, bəstəkar gecə saatlarında xəstəxanaya yerləşdirilib.

Bu haqda əməkdar artist Aybəniz Haşımova xəbər verib. Müğənni birinci-vitse prezident Mehriban Əliyevaya müraciət edib:

“Tahir Əkbər Musa Nağıyev adına xəstəxanada reanimasiyadadır. Mehriban Əliyeva, Tahir Əkbərin maddi durumu o qədər ağırdır ki… Sizdən xahiş edirəm ona dəstək olun”.

Paylaş:
Загрузка...