CƏMİYYƏT

Tarix dərsliklərində səhvlər aşkarlandı — VİDEO

Sabirabadda tarix müəllimi işləyən Musa Ələkbərov «Azərbaycan tarixi» dərsliyində səhv aşkarlayıb.

Panorama.az xezerxeber.az-a istinadən bildirir ki, 7-ci sinif «Azərbaycan tarixi»ndə Bərdənin VII əsrdə Albaniyanın paytaxtı olduğu, 10-cu sinif «Azərbaycan tarixi»ndə isə V əsrdə paytaxt olduğu yazılıb.
Məsələ burasındadır ki, 6-cı sinif «Azərbaycan tarixi»ndə isə ümumiyyətlə Bərdənin adı çəkilmir.
10-cu sinif «Azərbaycan tarixi» dərsliyinin müəlliflərindən biri olan Kamran Əsədovun sözlərinə görə, bu, ilk belə fakt deyil. 6-9-cu sinif Azərbaycan tarixləriylə 10-cu sinif «Azərbaycan tarixi» arasında 82 fakt üst-üstə düşmür. Hətta burada dövlətlərin yaranması, döyüşlərin keçirildiyi vaxt kimi ciddi nöqsanlara yol verilib.
Musa Ələkbərovun iddia edir ki, əvvəlki müəlliflər faktın səhv olduğunu bilə-bilə onu kütləvi narazılıq olmasın deyə dəyişmirdi. Məhz bu səbəbdən də dərsliklər illərdir səhv tarixlə çap olunurdu.

Musa Ələkbərov qəbul imtahanında 10-cu sinif «Azərbaycan tarixi»ndə əks olunan faktların əsas götürüləcəyini deyir.
Təhsil Nazirliyindən verilən məlumata görə, dərsliklər müəlliflərin ixtiyarına verilib. Bu məsələylə bağlı söz haqqı da onlara məxsusdur.

Paylaş:
Загрузка...