CƏMİYYƏT

Tarixi Abidələrimiz Gənc Fotoqrafların gözü ilə

«Tarixi Abidələrimiz Gənc Fotoqrafların gözü ilə» layihəsi başa çatıb.

«Panorama.az» xəbər verir ki, sərgi zamanı layihə rəhbəri Fərid Ağazadə tədbirə gələn qonaqları və iştirakçıları salamlayaraq, layihə haqqında geniş məlumat verib.

Layihə müddətində tarixi abidələrimizin önəmindən danışılıb, müxtəlif video roliklər izlənib. Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Komitəsinin sədr müavini Manaf Talıbov nitqini Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısını yada salmaqla başlayıb.

Daha sonra Yeni Nəsil Gəncləri İctimai Birliyinin sədri Asif Səlimov layihənin önəmindən danışıb. Asif Səlimov Azərbaycan Prezidenti yanında Gənclər Fondunun yaranmasını, Gənclər və İdman Nazirliyinin operativ fəaliyyətini, Azərbaycanda gənclər sektorunda çalışan gənclər təşkilatlarına dövlət tərəfindən diqqətin olmasını birmənalı olaraq Prezident İlham Əliyevin adı ilə bağlayıb.

Tədbir müddətində iştirakçılar arasında geniş fikir mübadiləsi aparılıb, siqaretin ziyanları göz önünə gətirilib.

Qeyd edək ki, layihədə iştirak üçün ümumilikdə 65 müraciət daxil olub. Bu müraciətlərdən 30 nəfər seçilərək layihədə iştirak hüququ qazanıb. Layihənin növbəti mərhələsi olan sertifikatların təqdim olunması mərhələsi də yaxın günlərdə Bakı Dövlət Universitetinin Heydər Əliyev mərkəzində baş tutacaq.

Paylaş:
Загрузка...