CƏMİYYƏT

«Toy gecəsi gəlin və bəyin gücü tükənir, hərəsi üzünü döndərib bir tərəfə yatır» — Azərbaycan efirində qalmaqallı fikirlər — VİDEO

Azərbaycan efirində verilişin qonağı toy gecəsi haqqında danışıb. 

A24.Az xəbər verir ki, “Düz bazar” verilişinin bu həftəki mövzusu toylarımızn müasir formada keçirilməsi olub. Mövzuyla əlaqəli olaraq tarix elmlər doktoru Təvəkkür Səlimov maraqlı açıqlama verib. O, bildirib ki, müasirliyin tərafdarı deyil.

“Gəlin toy başlayandan sinəsi-başı açıq şəkildə ortalıqda atlanıb-düşür, sonra da əldən düşür. Gecə 12-dən sonra ər evinə gedəndə, gücü tükənir və  səhərə qədər yatıb qalır. Bəyi isə dostları əlindən, ayağından yapışıb, göyə atıb – tuturlar. O da gəlin kimi, gecə səhərə qədər üzünü döndərib  yatır. Belə müasirliyə qarşıyam”, – deyərək Təvəkkür Səlimov bu barədə fikirlərini bölüşüb.

Paylaş:
Загрузка...