CƏMİYYƏT

Universitetdə həyəcan: 17 nəfər liftdə qaldı — Bakıda

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhər Səbail rayonu ərazisində yerləşən yerləşən universitetin tədris binasının liftində 17 nəfərin qalması barədə məlumat daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq xilasetmə işlərinin görülməsi üçün həmin ünvana cəlb olunub. Xilasedicilər vətəndaşların liftdən çıxmasına köməklik göstəriblər.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Azərbaycan Dövlət Pedaqoji Universitetinin əsas tədris binasında baş verib.

Əməliyyat başa çatıb.

Paylaş:
Загрузка...