CƏMİYYƏT

Ürək və damarları sağlam saxlamaq üçün 5 SADƏ ADDIM

Hər il ürək-damar sistemi xəstəlikləri milyonlarla insanın həyatına son qoyur. Bütün dünyada bu xəstəliklər ölümün əsas səbəbi sayılır.

Son zamanlar ürək-damar sistemi xəstəliklərinin sayı artır və onlar xeyli «cavanlaşır».

Əslində  ürək və damarları sağlam saxlamaq üçün çox sadə tövsiyələrə əməl etmək lazımdır.

Saglamolun.az sizə bu tövsiyələri təqdim edir:

1. Çəkinizi daim normada saxlayın. Artıq çəki ürək və damarların əsas düşmənlərindən biridir.

2. Siqaret çəkməyin. Kardioloqlar bu pis vərdişi ürək və damarlar üçün ən ziyanlı hesab edir.

3. Hərəkəli olur. İdman, fiziki tərbiyə, aktiv həyat tərzi damarları və ürəyi cavan saxlamağa kömək edir.

4. Qidalanmada şəkər və şirniyyatların miqdarını minimuma azaldır. Araşdırmalar göstərib ki, yağ deyil, məhz şəkər damarların əsas düşmənidir. Şəkər damarlarda iltihaba səbəb olur ki, bu da xolesterolun yığılmasına şərait yaradır. Xolesterol damarları zədələyir, daraldır, sərt edir, trombların əmələ gəlməsinə səbəb olur. Bütün bunlar isə nəticədə ürək xəstəlikləri, infarkt və insulta gətirib çıxardır.

5. Sarımsaq yeyin. Sarımsaq qanda xolesterolu normada saxlamağa kömək edir. Həmçinin sarımsaq təzyiqi normallaşdırır, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.

Paylaş:
Загрузка...