CƏMİYYƏT

Ürək xəstəliyi olanların DİQQƏTİNƏ

İsti havaların bədənin ümumi sağlamlığı ilə yanaşı, ürək üçün də müxtəlif təhlükələri var. Qidalanma və yuxu qaydası, geyim seçimi, bədənin soyuq-isti tarazlığının qorunması və günəşdən qorunma ürək xəstələrinin yayda diqqət edəcəyi əhəmiyyətli məqamlar arasında yer alır.

Panorama lent.az-a istinadən ürək narahatlığı olan şəxslərin isti havalarda diqqət etməli olduqları vacib nüansları sadalayır.

Sinə ağrısına diqqət!

İsti havalar hər insanda müxtəlif sağlamlıq problemlərinə səbəb olur. Xüsusilə 50 yaşdan yuxarı, həddindən artıq kök və ürək problemləri olan şəxslər üçün daha çox təhlükəli olan isti havalarda bədən normal istiliyini qorumaq üçün artıq fəaliyyət göstərir. Bu zaman bədən tərləmək və dərinin istini bədənə bərabər yayması üçün çalışır. Həmin fəaliyyət isə ürək sürətini artırır və qan təzyiqinin düşməsinə səbəb olan ürək-damar sistemini əlavə yükləyir. Belə halda ürək-damar xəstəliyi olan şəxslərdə sinə ağrısı başlayır, ya da ürək çatışmazlığı olan birində nəfəs darlığı inkişaf edərək artır.

Soyuq deyil, sərin bir şəraitdə dincəlin

Temperaturun çox yüksək olduğu ərazilərdə 40-50 dərəcə istidən kondisionerin işlədiyi 18-20 dərəcəlik bir şəraitə girmək, xüsusilə ürək xəstələri üçün həyati risk daşıyır. Kondisionerli şərait ağciyər xəstəliklərinə də yol aça bilir. Xəstənin ağciyərindəki oksigen normasına aid narahatlıq, ürək infarktına və ürək çatışmazlığına yol açır. Bu səbəblə kondisioner olan yerdə olacaqsınızsa, orada temperaturun 22 dərəcədən az olmaması çox vacibdir. Kondisioner istifadəsində ən əhəmiyyətli hal soyuq deyil, sərin şəraitdə olmaqdır.

İsti havalar dərmanların təsirini dəyişdirə bilər

Yayda insanların ürək tutma riski daha yüksəkdir. Bu mövsümdə isti havadakı dəyişikliklər və çox isti ilə soyuq hava dalğalanmaları damarlar üçün mənfi təsir yaradır.

Ürək xəstəliyi müalicəsində istifadə olunan dərmanların təsiri isti havalarda dəyişə bilir. Buna görə ürək xəstəliyi olan şəxslər dərman müalicəsini həkim məsləhəti ilə yerinə yetirməlidir. Həkimlə məsləhətləşmədən hansısa dərmanı dayandırmalı, yaxud onun dozası dəyişdirilməməlidir.

Ürək xəstələrinin diqqət edəcəyi məqamlar:

1. Gün ərzində xüsusilə günorta və ondan sonra saat 16.00-a qədər açıq havada olmayın

2. Günəşin altında 15 dəqiqədən artıq qalmayın

3. Əgər günəşli gündə açıq havada vaxt keçirəcəksinizsə, mütləq lazımi miqdarda su içməyə diqqət edin

4. Yorucu fiziki məşqlər etməməyə çalışın

5. Maye itkisini artırmayan pambıqlı, açıq rəngli paltarlar geyinin, papaq və gözlükdən istifadə edin

6. Piyada gəzintidən əvvəl və sonra mütləq lazımi miqdarda maye qəbul edin

7. Gəzinti aralarında kölgə və sərin yerlərdə dincələrək və nəfəs alaraq ürək sağlamlığınızı qoruyun.

8. İstirahət yerlərində dəniz və hovuz kənarında spirtli və kofeinli içkilər içməyin

9. Kondisionerin dərəcəsini təxminən 22-23 arasında saxlayın

10. Çox soyuq dəniz, hovuz və ya duş ürək sağlamlığı üçün risklidir. Bu səbəbdən ilıq su istifadə etməyiniz daha faydalıdır

11. Sauna və hamam kimi çox isti yerlərdən uzaq durun

12. Mütəmadi və qaydasında qidalanmağa çalışın.

Paylaş:
Загрузка...