CƏMİYYƏT

Ürəyinizin bulanmasına səbəb olan xəstəliklər – Göstəriciləri

Çox yemək, zəhərlənmə, soyuqdəymə kimi gündəklik həyatda hər kəsin yaşadığı mədə bulanması ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər.

Panorama.az A24.az-a istinadən bildirir ki, bu barədə Anadolu Sağlamlıq Mərkəzinin Daxili və Nefroloji xəstəliklər üzrə mütəxəssis Dr. Enes Murat Atasoy bildiklərini paylaşıb.

Mədənin bulanmasına səbəb olan xəstəlikləri təqdim edirik:

1 – Hamiləlik və psixoloji vəziyyəti yaxşı olmayan insanların daxili orqanlarında xəsətlik olmadan da mədə bulanması və qusma halları baş verə bilər. Buna qida zəhərlənməsi, avtobusun iyinin tutması, ishal, miqren, narkotik maddə qəbulu, kimyaterapiya zamanı rast gəlinə bilər.

2 – Mədə xorası: Mədə bölgəsində ağrı, yanma, qıcqırma, həzmsizlik kimi şikayətlər olur. Mədədə yaranan xora qəbul edilən qidanın arxaya və qabağa doğru hərəkətinə səbəb ola bilər ki, beləcə qusmanın yaranmasına yol açır.

3 – Bağırsaqda tıxanıqlıq: Qarın ağrısı, mədədə şişkinlik, qəbizlik, yüksək hərarət ilə müşayət olunur. Bağırsaqda mexaniki və ya qanda potasyumun aşağı düşməsi kimi elektroli pozulmaların olması ürək bulanmasına gətirib çıxarır.

4 – Daxili qulaq və beyinciklə bağlı xəstəliklər: Bu xəstəliklərdə başgicəllənmə və tarazlığı saxlaya bilməmək ön plandadır. Əlavə olaraq ürək bulanma şikayətləri də ola bilər. Məsələn; meniere xəstəliyi, vestibulyar nevrit, beyincikdə kütlə varlığı kimi…

5 – Nəzarətsiz yüksək təzyiq: Yüksək təzyiqi olan insanlarda müalicə olunmayanda qan təzyiqinin çox yüksəlməsi zamanı baş ağrısı, baş gicəllənməsi, ürək bulanması ola bilər.

6 – Nəzarətsi şəkər xəstəliyi: Şəkər xəstəsi olan insanlarqidalanmalarına fikir vermədikdə, infeksiyalar və ya müalicə olunmadıqda qanda şəkərin yüksəlməsi nəticəsində “diabetik ketoacidosis” adı verilən yaddaşda pozulmalar, bulantı-qusma, qarın ağrısı baş verir.

7 – Böyrək çatışmazlığı: Böyrəklər tərəfindən bədəndən uzaqlaşdırılması lazım olan artıq maddələrin atılmaması zamanı bulantı, qusma, iştahsızlıq, halsızlıq, arıqlama, sidiyə çıxmada azalma kimi göstəricilər ola bilər.

Paylaş:
Загрузка...