CƏMİYYƏT

Uşaqlarda allergiyaya səbəb olan — 3 qida qrupu — FOTOLAR

Qida allergiyası qidanın orqanizmə daxil olması ilə  başlayan, immunitet sistemi ilə əlaqəli olaraq inkişaf edən və təkrar edən sağlamlıq problemidir. Qaşınma, ekzema, öskürək, nəfəs darlığı, qusma, ishal, qanlı ifraz, ürəkdə ritm pozğunluğu və göyərmə kimi əlamətlərlə meydana çıxan problem, xüsusilə uşaqlarda inkişaf çatışmazlığına səbəb ola bilir. 
Kolgemedia.az məhz uşaqlarda allergiyaya səbəb olan 3 qida qrupundan yazacaq:
 Zülal (protein) allergiyası varsa, süd və süd məhsullarına diqqət edin!
 İnək südünə görə zülal allergiyası uşaqlarda çox tez-tez rast gəlinir. Pasterizə edilmiş süd məhsulları da allergiyanın şiddətini artırır. İnək südü allergiyası olan uşaqlarda qoyun və keçi südü kimi heyvani qidalar isə çarpaz reaksiya başlada bilər. Ona görə də istehlakı məsləhət görülmür.  Yumurta da zülal allergiyasına səbə olan qidadır. Yumurtanın ağı sarısından daha allergik təsirə malikdir. Ancaq aparılan araşdırmalarda yumurta allergiyası olan uşaqların  70 faizinin tərkibində yumurta olan, qızardılmış tortu və çörəyi problemsiz olaraq istehlak etdiyi müəyyən edilib. Yəni yüksək temperaturda allergen maddə təsirini itirir.
Taxıl bitkilərinə qarşı  allergiya həyatı boyu davam edə bilər
 Buğdaya qarşı  qida allergiyaları müxtəlif tiplərdə özünü göstərir.Tərkibindəki zülal quruluşlarına görə çölyak xəstəliyinə və ya təmas nəticəsində meydana gələn «çörəkçi astması-kontak dermatit»ə səbəb ola bilər. Buğda, arpa və yulaf kimi taxıl bitkiləri də da çarpaz reaksiya göstərir.
Похожее изображение
Xüsusilə fıstıq allergiyası 4 yaşdan yuxarı uşaqlarda tez-tez rast gəlinir.
Bu allergiya həyatı boyu davam edir. Soya da bu qrupda allergiya yaradn  qidalardan biridir. Yüksək zülal tərkibinə görə, qida sənayesində çox tez-tez istifadə edilən bir qidadır. İşlənmiş bir çox məhsulda olan soyanın çox az miqdarı da allergik reaksiya rəvac verə bilər.
 Balığa tətbiq olunan prosedur allergiya şiddətini artırır
 Balıq uşaq və yeniyetmədə allergiyaya səbəb olan bir qidadır. Balıq allergiyası fıstıq allergiyasında olduğu kimi ömür boyu davam edər. Balığın duzlanması, qurudulması və hisə verilməsi kimi proseslər allergiya şiddətini artırır. Balıq və qabıqlı dəniz məhsulları arasında çarpaz reaksiya inkişaf etmir. Digər dəniz məhsullarından xərçəng, krevetka,  ilbiz, midye, istridyə və kalmar da uşaqlarda allergik reaksiyalara səbəb ola bilər.
Paylaş:
Загрузка...