CƏMİYYƏT

Uşaqların zorakılığa məruz qalması faciədir

Son günlər yerli mediada uşaqların cinsi təcavüzə və zorakılığa məruz qalması xəbərləri cəmiyyəti narahat etməkdədir. Beyləqanda 12 yaşlı qızın da bu cür hadisə ilə qarşılaşması xəbəri diqqəti qız uşaqları və yeniyetmələrin zorakılıqdan müdafiə edilməsi və bu sahədə ciddi maarifləndirmə işlərinin artırılmasını zəruri edir. Muşahidələrimiz onu göstərir ki, son iki ayda mətbuat vasitəsilə belə hadisələrə daha çox rast gəlinir.

Sahibsiz Uşaqlara Kömək İctimai Birliyi olaraq, bu cür neqativ hadisələri kəskin şəkildə qınayır, dövlətin bu istiqamətdə ölçü götürəcəyinə inanırıq. Ümid edirik ki, təcavüz edən şəxslər öz layiqli cəzalarını alacaqlar. Həmçinin təşkilat olaraq təcavüzə məruz qalan uşaqların hüquqlarının müdafiə olunmasında da dəstək göstərməyə hazırıq. Gələcəyimiz olan uşaqlara sahib çıxaq və qoruyaq

Qeyd edək ki, Beynəlxalq Uşaq Təşkilatı olan UNİCEF-ın açıqlamasına görə hər il dünyada 1 milyon 500 min uşaq zorakılığa məruz qalır.

 

Paylaş:
Загрузка...