CƏMİYYƏT

Vəkil Lütfi Zadəyə «fındıqbaş» deyən Akif Əliyə cavab verdi: «Mərhumun ailəsi buna görə, təzminat davası aça bilər»

Vəkil Adəm Məmmədov Lütfi Zadəni təhqir edən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin sözlərinə sərt reaksiya verib.

A24.az-a açıqlamasında vəkil Adəm Məmmədov Akif Əlinin Lütfi Zadə haqqında söylədiklərinə münasibət bildirərək, təhqiredici ifadələr işlətdiyinə görə, məsuliyyətə cəlb oluna və mərhumun ailəsinin təzminat davası açacağını bildirib.

“Bu xəbəri eşidəndə çox pis oldum. Mərhumun vərəsələri təhqiredici ifadələrə görə, Akif Əliyə təzminat davası aça bilər.  Linqvistik ekspertiza tətbiq olunaraq, bu təhqirin hansı formada olunması müəyyən olduqdan sonra, həmçinin şərəf və ləyaqətin alçaldılmasına görə, mülki məsuliyyətə cəlb oluna bilər.  . Çox acınacaqlı vəziyyətdir ki, digər millətlər öz dəlisinə sahib durur, amma biz Lütfi Zadə kimi dünya şöhrətli alimi bəyənmirik. Ermənilərdə Lütfi Zadə kimi alim olsaydı, bütün dünyaya car çəkərdilər. Dünyasını dəyişmiş bir şəxs haqqında nalayiq ifadələr işlədilməsi təqdirəlayiq deyil. Ola bilər ki, şəxsi bir münasibətə görə, o cür ifadə işlənsin. Ancaq nəzərə alınmalıdır ki, söylədiyi fikirlər publikaya yayımlanacaq. Hətta cənab prezident belə onun dünyasını dəyişməsi ilə bağlı başsağlığı verib. ”

Paylaş:
Загрузка...